Pompeo Gürcüstan XİN başçısını Vaşinqtona dəvət etdibackend

Pompeo Gürcüstan XİN başçısını Vaşinqtona dəvət etdi

Gürcüstanın xarici işlər naziri David Zalkaliani ABŞ-ın dövlət katibi Mayk Pompeonun dəvəti ilə Vaşinqtona səfər edəcək.

KONKRET.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu haqda məlumat Gürcüstanın xarici siyasət idarəsinin saytında yerləşdirilib.

Zalkalianinin ABŞ-a səfəri fevralın 4-7-nə planlaşdırılır. O, Vaşinqtona səfəri zamanı Dini etiqad azadlığı uğrunda koalisiya üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Bundan başqa, səfər çərçivəsində ABŞ Dövlət Departamenti və Konqresində görüşlər nəzərdə tutulub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*