Portuqaliya rus turistlərinə ciddi problem yaratdı – ƏTRAFLIbackend

Portuqaliya rus turistlərinə ciddi problem yaratdı - ƏTRAFLI

Turistlərin Rusiyaya qayıtmalı olduğu Ural Hava Yollarına məxsus təyyarənun uçuşuna icazə verilməyib. Hava məkanının bağlanması elan edildikdən sonra rus turistlər təyyarədən çıxarılıb.

“Fevralın 27-də heç bir xəbərdarlıq etmədən Portuqaliya hakimiyyəti digər Aİ ölkələri kimi Rusiya mülki aviasiyası üçün hava məkanını bağlayıb. Fevralın 27-də turistlərimiz üçün uçuş həyata keçirən Ural Hava Yolları reysi də bu səbəbdən dayanıb. Madeyra adasında bir qrup həmyerlimiz bu gün evlərinə qayıda bilməyib”, – Rusiyanın Portuqaliyadakı Səfirliyinin Facebook səhifəsində dərc olunmuş bəyanatında deyilir.

Səfirliyin konsulluq şöbəsi turistlərlə əlaqə saxlayıb və onların vətənə qayıtması variantları üzərində iş aparılır. Diplomatik nümayəndəlik aydınlaşdırır ki, yerləşmə yardımı Madeyrada daimi yaşayan ruslar tərəfindən həyata keçirilir.

Səfirlik xatırladır ki, hazırda rusların Avropa ölkələrindən vətənə qayıdışı ciddi problemlə üz-üzədir.

“Portuqaliyanın bəzi nümayəndələri Rusiya hakimiyyətinə qərəzli münasibət göstərir”, – deyə bəyanatda bildirilir.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*