Prezident bu şəxslərə fərdi təqaüd ayırdı – SƏRƏNCAMbackend

Prezident bu şəxslərə fərdi təqaüd ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az  xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əmirov Cəmil Fikrət oğlu

Göyçayev Teymur Ənvər oğlu

Xanı-zadə Bəxtiyar Oqtay oğlu

Kərimov Fəxrəddin Nuri oğlu

Quliyev Qabil Əzizulla oğlu

Şərifov Vaqif Abdulla oğlu

Tağızadə İranə Tofiq qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*