Prezident öldürülən polis məmurunun şəklini paylaşdı – FOTObackend

Prezident öldürülən polis məmurunun şəklini paylaşdı - FOTO

ABŞ-ın Missuri ştatında 77 yaşlı polis rəisinin öldürülməsindən sonra Donald Tramp “Tvitter” hesabından polis məmurunun fotosunu paylaşaraq “Polis məmurlarımıza hər zamankindən daha çox hörmətimiz var” deyib.

KONKRET.az xəbər verir ki, ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra başlayan hadisələr şiddətini gedərək artırır. Ağ Evin qarşısında keçirilən etirazlar ölkənin bir çox yerinə yayılıb və üsyan alovuna dönən etirazlar zamanı mağazalar talan edilib.

Molin-Eykers şəhərində təqüdçü polis məmurunun qarətçilərə mane olmaq istəyərkən öldürülməsindən sonra istintaq başladılıb və cinayətkarın yaxalanmasına kömək edənlərə 10 min dollar mükafat veriləcəyi bildirilib.

Moderator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*