PREZİDENT: “Təxribatçı qruplar Kiyevə daxil olub, məni ÖLDÜRMƏK İSTƏYİRLƏR” – ÖZƏLbackend

PREZİDENT: "Təxribatçı qruplar Kiyevə daxil olub, məni ÖLDÜRMƏK İSTƏYİRLƏR" - ÖZƏL

“Təxribatçı qruplar Kiyevə daxil olub, bir nömrəli hədəf mənəm”.

KONKRET.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski çıxışında bildirib. O deyib ki, Rusiya Federasiyasının təxribat qrupları Kiyevə daxil olub və Ukrayna dövlət başçısını öldürməyi planlaşdırır.

“Bizdə məlumat var ki, düşmənin təxribat qrupları Kiyevə daxil olub. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin. Mən mərkəzi hökumətin işi üçün lazım olan hər kəslə birlikdə hökumət məhəlləsində qalıram”, – deyə Zelenski müraciət edib.

Prezident ailəsinin də heç yerə getmədiyini, Ukraynada qaldığını bildirib.

“Mənim ailəm satqın deyil, Ukrayna vətəndaşlarıdır. Amma indi haradadırlar, deməyə ixtiyarım yoxdur”, – deyə o qeyd edib.

Daha sonra prezident onun və ailəsinin hədəfə alındığını bildirib.

“Bizdə olan məlumata görə, düşmən məni bir nömrəli hədəf kimi göstərib. Mənim ailəm ikinci hədəfdir. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər”, – deyə Zelenski vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*