backend

Prezident Teymur Rəcəbovu təbrik etdi

Prezident İlham Əliyev Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.

KONKRET.AZ bildirir ki, təbrikdə deyilir: “Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*