Prezident Tokayev KTMT-nin dövlət başçılarına kömək istəyi ilə müraciət edib.
KONKRET.az xəbər verir ki, Tokayev KTMT-yə müraciətə ehtiyac duyulduğunu və təcili tədbir görülməısini bildirib.
“Mən KTMT tərəfdaşlarına müraciət etməyi vaxtında və məqsədəuyğun hesab edirəm”, – dövlət başçısı bildirib.
“Kollektiv təhlükəsizlik müqaviləsinə əsaslanaraq, mən bu gün KTMT dövlətlərinin başçılarına müraciət etdim ki, Qazaxıstana bu terror təhlükəsini aradan qaldırmağa kömək etsinlər.
Əslində bu, artıq təhlükə deyil, dövlətin bütövlüyünə zərbə vurmaqdır və ən əsası dövlət başçısı kimi məndən onlara təcili yardım göstərməyi xahiş edən vətəndaşlarımıza qarşı hücumdur”, – deyə o deyib.
Xuraman Etibarlı,
KONKRET.az
