Prezident xalqın tələbi ilə onu baş nazir təyin etdibackend

Prezident xalqın tələbi ilə onu baş nazir təyin etdi

İraqın keçmiş rabitə naziri Məhəmməd Taufik Əllavi ölkənin yeni baş naziri təyin olunub.

KONKRET.az xəbər verir ki, bu təyinatla bağlı o öz sosial şəbəkə hesabında məlumat yayıb.

“Prezident yeni hökuməti formalaşdırmağı mənə tapşırdı”, – o qeyd edib.

Etiraz aksiyası keçirənlərə müraciət edən Əllavi aksiyaların davam etməsini xahiş edib.

O, həmçinin, hakim partiyanın yeni hökumətin formalaşdırılması zamanı öz namizədlərini təqdim etməyə cəhd göstərəcəkləri təqdirdə vəzifədən gedəcəyini açıqlayıb.

Əllavi rabitə naziri vəzifəsini 2006-2007 və 2010-2012-ci illərdə daşıyıb.

Onun namizədliyini parlament fraksiyaları – “Fəth” və müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sairun” dəstəkləyir.

Etirazçıların da böyük əksəriyyəti onun baş nazir olmasını istəyir.

Axar.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*