Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncama əsasən, Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Həşimov Polad İsrayıl oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
