Bu səhər hakerlər “Ukrayna 24” kanalının saytını sındıraraq orada Zelenskinin adından silahı yerə qoymağa çağıran saxta məlumat yerləşdiriblər.
KONKRET.az xəbər verir ki, Zelenski hadisəyə cəld reaksiya verib və bunun saxta olduğunu, heç kimin təslim olmaq fikri yoxdur.
“Ukrayna silahı yerə qoymayacaq, Ukrayna televiziyasında qaçan sətirlədəki yazılar isə “uşaq təxribatı”dır. Mən yalnız Rusiya Federasiyasının hərbçilərinə silahlarını yerə qoyaraq vətənə qayıtmağı təklif edə bilərəm. Biz artıq evdəyik, torpağımızı, uşaqlarımızı, ailələrimizi müdafiə edirik. Və qələbəmizə görə heç bir silah hazırlamayacağıq”, – deyə Zelenski vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
