Prezidentin Füzuli və Cəbrayılda sürdüyü avtomobilin xüsusiyyətləri – VİDEObackend

Prezidentin Füzuli və Cəbrayılda sürdüyü avtomobilin xüsusiyyətləri - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən eyni adlı şəhərlərə səfəri zamanı istifadə etdiyi avtomobil maraq doğurub.

KONKRET.az xəbər verir ki, “AzCan Sentry” zirehli maşınının özəllikləri barədə Xəzər TV-nin “Birinci studiya” proqramında danışılıb.

Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür.

Qeyd edilib ki, 17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır.

Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*