Prezidentin sədr təyin etdiyi Zaur Mikayılov kimdir? – DOSYE – FOTObackend

Prezidentin sədr təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE - FOTO

Xəbər verdiyimiz kimi, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

KONKRET.az bildirir ki, Z.Mikayılovla bağlı açıq mənbələrdə məlumat azdır.

O, ölkənin aparıcı supermarketlərindən biri də “BRAVO”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur.

Bu ilin martın 15-də mediada yayılan məlumata görə, “Azərbaycan Supermarket” MMC-nin direktoru Zaur Mikayılov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik xarici vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

“Azərbaycan Supermarket” MMC şirkəti “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*