Priqojinin Belarusda muzdlulara müraciəti yayıldı – VİDEObackend

Priqojinin Belarusda muzdlulara müraciəti yayıldı - VİDEO

“Vaqner” PMC-nin qurucusu Yevgeni Priqojinin Belarusa gələn muzdlulara müraciətinin görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülər “Vaqner” PMC ilə əlaqəli olan “Разгрузка Вагнера” və “Оркестр Вагнера” Telegram kanalları tərəfindən yayımlanıb.

“İndi cəbhədə baş verənlər bizim iştirak etməyə ehtiyac duymadığımız biabırçılıqdır. Özümüzü tam sübut edə biləcəyimiz anı gözləyək. Ona görə də qərara alındı ki, bir müddət burada, Belarusda olaq”, – Priqojin bildirib.

Bundan sonra Priqojin sözü “bizə “Vaqner”adını verən komandirə” ötürüb. Videoda kişi “həmin Vaqner” olduğunu deyib. O, gurultulu alqışlarla qarşılanıb. Nəşrin sözlərinə görə, söhbət Dmitri Utkindən gedir.

“Görülən işlərə görə hər kəs çox sağ olsun. Bu iş sayəsində “Vaqner” PMC-nin adını bütün dünya eşitdi. Bu, son deyil. Bu, çox yaxında həyata keçiriləcək dünyanın ən böyük işinin yalnız başlanğıcıdır. Cəhənnəmə xoş gəldiniz”, – Utkin bildirib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*