PSJ – “Marsel” matçında Neymar meydandan qovuldu – 5 qırmızı kart – VİDEObackend

PSJ - "Marsel" matçında Neymar meydandan qovuldu - 5 qırmızı kart - VİDEO

Fransa Liqa 1-də III turunda “PSJ” – “Marsel”ə 0:1 hesabıyla məğlub olub.

KONKRET.az xəbər verir ki, matç dava ilə nəticələnib.

Oyun zamanı PSJ-nin müdafiəçisi Leandro Paredes rəqib futbolçuya qarşı kobud oynayıb.

Nəticədə meydanda ara qarışıb.

Baş hakim Jerom Brizar argentinalı oyunçuya, onun komanda yoldaşı Leven Kürzavaya, həmçinin, qonaqlardan Jordan Amavi və Dario Benedettoya qırmızı vərəqə göstərib.

Sonradan Brizar PSJ-nin hücumçusu Neymarı da meydandan qovub.

Buna səbəb braziliyalı forvardın “Marsel”in müdafiəçisi Alvaro Qonsalesin boynunun arxasına yumruq zərbəsi endirməsi olub.

“Sambaçı” qırmızı vərəqə almasına etiraz edərək ispaniyalı oyunçunun ona qarşı irqçi ifadələr səsləndirdiyini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*