Putin aldadıcı gediş edərək rəqiblərindən QİSAS ALA BİLƏR – AÇIQLAMAbackend

Putin aldadıcı gediş edərək rəqiblərindən QİSAS ALA BİLƏRAÇIQLAMA 

Son günlər Rusiya Prezidenti Vladimir Putinin sağlamlığı ilə bağlı xarici mətbuatda müxtəlif fikirlər səsləndirilir. Bir çoxları onun kritik vəziyyətdə olduğunu və son günlərini yaşadığını iddia edir. Dünən 9 May paradında Kreml rəhbərinin üzərinə parça sərərək ayaqlarını gizlətməsi isə ciddi ajiotaja səbəb olub. Mərasim ərzində Putini diqqətlə izləyənlər onun hətta ayağa qalxa bilməyəcək qədər zəiflədiyini yazır.

Marqlıdır, Putin həqiqətən də son günlərini yaşayır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, həkim-cərrah Putinin yanından ayrılmır:

“Putinlə bağlı iki formada iddialar səsləndirilir. İlk növbədə onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilir. Kreml rəhbərinin əllərinin titrəməsi, yumruğunu sıxaraq sinəsində saxlaması və həmçinin, əyləşən zaman stolun kənarlarından dəstək alması bu xəstəliyin əlamətləri kimi xarakterizə edilir. İndiyə qədər onunla bağlı belə hal qeydə alınmayıb. Lakin Rusiyanın qeyri leqal fəaliyyət göstərən şirkətinin iddialarına görə, Putin xərçəng xəstəliyinə tutulub. Cərrah Yevgeni Selivanov Kreml rəhbərinin yanından bir an belə olsun ayrılmır. Lakin bütün bunlar sadəcə nəzəriyyələrdir”.

Politoloq bildirib ki, Putinlə bağlı belə iddiaların gündəmə gəlməsi rəqibləri üçün aldadıcı gediş ola bilər:

“Onun zəif hesab edilməsi və hətta ölümü ilə bağlı dəqiq tarixlərin verilməsi rəqibləri üçün qurulmuş oyun ola bilər. Bu oyun Rusiya Prezidentinin daha rahat şəkildə alternativ addımlar atmasına şərait yaradır. Belə olan təqdirdə Putin aldadıcı gediş edərək rəqiblərindən qisas ala bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*