Putin Aşqabaddakı açıqlamasıyla Türkiyəni təəccübləndirdi: Bəs İŞİD?backend

Putin Aşqabaddakı açıqlamasıyla Türkiyəni təəccübləndirdi: Bəs İŞİD?

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriyada başlatdığı “Barış Bulağı” hərəkatı ilə bağlı açıqlama verib.

KONKRET.AZ xəbər verir ki, Putin açıqlamanı Türkmənistanın paytaxtı Aşqabadda keçirilən MDB ölkələrinin iclasında çıxışı zamanı verib. Putinin İŞİD-lə bağlı dediyi fikirlər diqqət çəkib.

Putin bildirib ki, Suriyanın şimalında İŞİD silahlılarının bir yerə toplaşdığı bölgələr var: “İndiyə qədər onların keşiyini kürd əsgərləri çəkirdi. Lakin indi bu bölgəyə Türk Ordusu girir, kürdlər isə sözügedən düşərgələri tərk edib qaçır. Nəticədə onlar da (İŞİD-çilər) qaça bilərlər”.

Putin qeyd edib ki, Rusiya kəşfiyyatından əldə etdiyi məlumata görə, əməliyyatın keçirildiyi bölgələrdə keçmiş MDB ölkələrinin vətəndaşları daxil olmaqla minlərlə hərbçi var.

Putin ortaya çıxan yeni təhlükəni (İŞİD-çilərin həbsxana və düşərgələrdən qaçma ehtimalı) arada qaldırmaq üçün kəşfiyyat xidmətinin səfərbər edilməsini xüsusi vurğulayıb.

“Türkiyənin Suriyadakı əməliyyatı nəticəsində əsir alınmış İŞİD silahlıları qaça bilər. Ankaranın bunu nəzərə alıb-almadığı mövzusunda əmin deyiləm” , – deyə Putin bildirib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın