Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günündən bütün dünyada Ukraynaya dəstək üçün kütləvi aksiyalar keçirilir.
Yaponiya, ABŞ, Polşa, İspaniya, Çexiya, Gürcüstan və bir çox başqa ölkələrdə böyük nümayişlər keçirilir. Belə ki, yüz minlərlə insan Ukrayna bayraqları ilə Rusiya səfirlikləri yaxınlığında toplaşaraq müharibənin dayandırılmasını tələb edir. Rusiyada da sakinlər belə mitinqlərə gedirlər, amma hakimiyyət onları susdurmaq üçün hər şeyi edir.
Belə ki, bazar günü Rusiyanın bir çox şəhərlərində Ukrayna ilə müharibəyə qarşı yeni aksiyalar keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Espresso Guards” teleqram kanalında məlumat verilir.
Məlumatda qeyd edilir ki, Moskvada Yeni Arbatda, Sankt-Peterburqda isə Qonaq Evinin yanında etiraz aksiyası keçirilib.
Nəticədə Moskvanın mərkəzi vaxtaşırı tamamilə bağlanır və etirazçılar saxlanılır. Üstəlik, İstintaq Komitəsi insanları mitinqdə iştirakın cinayət təqibinə qədər mənfi hüquqi nəticələri barədə xəbərdarlıq edir ki, bu da açıq-aşkar vətəndaşların gələcəyinə mənfi təsir göstərir.
Nəzərə alsaq ki, bazar ertəsi, fevralın 28-də rus xalqı Kremlin hərəkətlərinin nəticələrini öz cibində çox güclü hiss etməlidir, hakimiyyət daha çox panikaya düşmüş kimi görünür.
“Espresso Guards” teleqram kanalında bildirildiyi kimi, Moskva indi etirazlardan çox qorxur:
“Mərkəz bağlıdır. Sosial şəbəkə istifadəçiləri Qızıl Meydan və Aleksandr bağı yaxınlığında fotoşəkillər çəkdirir”, – onlar yazıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
