Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin çıxardığı qərarlar əsasında həbs edilən, saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi qüvvələrdən istifadə oluna biləcək.
Qanunda qeyd olunur ki, belə hallarda zəruri tədbirlər Rusiya prezidentinin qərarı ilə və dövlət orqanlarının səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.
Məlumata görə, qanun rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.//Musavat.com
