Putin ehtiyatda olan vətəndaşlarının hərbi toplanışa çağırılması haqqında fərman imzaladı – FOTObackend

Putin ehtiyatda olan vətəndaşlarının hərbi toplanışa çağırılması haqqında fərman imzaladı - FOTO

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 2022-ci ildə hərbi toplanış üçün ehtiyatdan çağırılması haqqında fərman imzalayıb.

KONKRET.az-ın RİA Novostiyə istinadla məlumatına görə, bu barədə sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: “2022-ci ildə ehtiyyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları yoplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*