Rusiya prezidenti Vladimir Putin dünya tarixində yeni eranın başladığını elan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin yalnız suveren dövlətlərin artım dinamikasını və yüksək həyat keyfiyyətini təmin edə biləcəyini dilə gətirib. Həmin dövlətlərin bununla digər ölkələrə nümunə ola biləcəyini deyib:
“Qarşıdan yeni dövr, dünya tarixində yeni mərhələ gəlir. Yalnız həqiqətən suveren dövlətlər yüksək inkişaf dinamikasını, həyat standartlarını və keyfiyyəti təmin edə biləcəklər. Eləcə də ənənəvi dəyərlərin və yüksək humanist idealların qorunmasında başqalarına nümunə olacaqlar. Yüksək inkişaf modellərində insan vasitəyə yox, ən ali məqsədə çevrilir” – Putin fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
