Putin “Moskviç”in buraxılmasını çətin iş adlandırdıbackend

Putin “Moskviç”in buraxılmasını çətin iş adlandırdı

Rusiya prezidenti Vladimir Putin “Moskviç”in yeni modelinin buraxılmasını çətin iş adlandırıb.

KONKRET.az xəbər verir ki, avtomobil zavodunun nümayəndələrilə görüşən Putin Rusiyanın yeni avtomobillərlə bağlı real gözləntilərinin olduğunu deyib

“Siz “Moskviç” müəssisəsinin layihəsi haqqında danışdınız. Bu, asan çağırış deyil”, – Putin bildirib.

O qeyd edib ki, idxalı əvəz etməyə deyil, özünün qabaqcıl, eləcə də perspektivli texnologiyalarını əldə etməyə çalışmaq lazımdır.

“Bütün ölkə sizin işinizin nəticəsini gözləyir. Mübaliğəsiz belədir”, – Putin “Rusiya liderləri” müsabiqəsinin qaliblərinə deyib.

Bundan əvvəl Rusiyanın sənaye və ticarət naziri Denis Manturov demişdi ki, “Moskviç” zavodunda avtomobil istehsalına dəstək vermək niyyətindədir.

Nazir qeyd edib ki , Sənayenin İnkişafı Fondunun xüsusi proqramı çərçivəsində güzəştli kreditlər üçün vəsait “Moskviç” üçün komponentlərin hazırlanmasına ayrıla bilər və yeni rus universal platformasının hazırlanması tədqiqat və inkişaf üçün subsidiyalar ala biləcək.

May ayında Moskva meri Sergey Sobyanin bəyan etmişdi ki, Renault Rusiya zavodu Moskvanın mülkiyyətinə keçəcək, o, “Moskviç” brendi altında minik avtomobillərinin istehsalını bərpa edəcək, KamAZ isə zavodun əsas texnoloji tərəfdaşı olacaq.

KamAZ-ın baş direktoru Sergey Koqoqin bildirib ki, zavod ildə 300 minə yaxın avtomobil istehsal edə biləcək. Şirkət C sinifli avtomobillər, krossover və elektromobil istehsal etməyi planlaşdırır. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*