“Putin müharibə canisi kimi beynəlxalq tribunalda mühakimə edilə bilər” – Sensasion AÇIQLAMA – ÖZƏLbackend

"Putin müharibə canisi kimi beynəlxalq tribunalda mühakimə edilə bilər" - Sensasion AÇIQLAMA - ÖZƏL

“Rusiya Ukraynanı bir gün ərzində işğal edəcəyini hesablayırdı. Hətta müdafiə naziri Şoyqunun orduya təlimatı da yayıldı. Orada Kiyevin qısa bir vaxtda işğal ediləcəyi və atəşfəşanlıq keçiriləcəyi öz əksini tapırdı. Lakin Rusiya son dərəcə biyabırçı vəziyyətə düçar oldu. Ukrayna xalqı mərdliklə özünü müdafiə etdi və rus ordusuna böyük itkilər verdi. Müharibə isə hələ də uzanır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib. O bildirib ki, Rusiya ordusu qarşısına qoyduğu strateji hədəflərdən heç birini reallaşdırmağı bacarmadı və çox böyük itkilər verdi: “Hesablamalara görə, Rusiyanın 150 minlik ordusunun yarıdan çoxu, döyüş texnikasının böyük bir hissəsi sıradan çıxarılıb. Artıq növbəti əməliyyatlar üçün elə də böyük gücü qalmayıb. Doğrudur muzdlulardan ibarət ordu toplamağa başlayıblar. Amma buna qarşılıq olaraq Qərbdən Ukraynaya könüllülər hərəkatı daxil olur. Artıq onlar Ukrayna ordusu ilə birlikdə Rusiyaya qarşı müharibə aparacaqlar. Bu mərhələdə də Ukrayna ordusu Rusiyaya öz gücünü göstərə biləcək”.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Qabil Hüseynli əlavə edib ki, artıq müharibənin sonu görünməkdədir: “Ukrayna qalib gələcək və öz torpaqlarını müdafiə edəcək. Hətta hesab edirəm ki, onlar Donbası və Krımı da geri qaytaracaq. Bu, vəziyyətin necə cərəyan etməsindən asılı olacaq. Rusiya zəifləmiş və rüsvayçı şəkildə məğlub olmuş şəkildə müharibədən çıxacaq. Putin isə müharibə canisidir. Dünya çalışacaq ki, onu müharibə canisi kimi beynəlxalq tribunalda mühakimə etsin. Üstəlik onun ətrafına dəyən ziyan artacaqsa, infilyasiya yüksələcəksə və rubl kəskin dəyər itirəcəksə, o zaman böyük oliqarxlar Putinə qarşı hərəkətə keçəcək. Artıq 300-dən çox ziyalının imzası ilə Putinə müharibəni dayandırması üçün müraciət edilib. Rusiyanın özü də qaynamağa başlayıb. Hətta ehtiyatda olan generallar da Putini istefaya və məhkəmə qarşısında hesabat verməyə çağırıblar”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*