“Putin, oğullarımızı qaytar” – İrəvanda ETİRAZ AKSİYASIbackend

“Putin, oğullarımızı qaytar” - İrəvanda ETİRAZ AKSİYASI

Ermənistan paytaxtının sakinləri Rusiya Prezidenti Vladimir Putini “səmimi” qarşılayıblar.

KONKRET.az xəbər verir ki, noyabrın 23-də İrəvanda itkin düşən və həlak olan hərbçilərin yaxınları etiraz aksiyası keçirib. Onlar Vladimir Putindən əsir və itkin düşmüş oğullarını geri qaytarmağı tələb edirlər.

Aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfirliyinin binasına doğru yürüş ediblər. Onların əllərində erməni və rus dillərində yazılmış plakatlar var: “Putin, oğullarımızı qaytar”, “Erməni əsirləri Azərbaycandan qaytarın”, “Vladimir Vladimiroviç, uşaqlarımızı geri qaytarmağımıza kömək et” və s.

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinin binası ilə üzbəüz Zakiyan küçəsini bağlayıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*