Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvada görüş keçirmək barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin Paşinyanı Rusiya paytaxtına səfərə dəvət edib və Ermənistanın baş naziri dəvəti qəbul edib. Səfərin dəqiq müddəti iki ölkə rəhbərlərinin iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Qarşıdakı danışıqların əsas mövzularından biri Ermənistanın inkişafının və xarici siyasət orientasiyasının bundan sonra hansı istiqamətdə davam edəcəyi məsələsi olacaq. Tərəflər Avropa və Avrasiya istiqamətləri arasındakı seçimi, həmçinin bu məsələ ilə bağlı müvafiq referendumun keçirilməsi ehtimalını müzakirə edəcəklər.
Peskov bildirib: “Onlar əsas mövzunu yenidən hər tərəfli müzakirə etmək imkanına malik olacaqlar”.
Bundan əlavə, Moskva və İrəvan ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzərində işi davam etdirmək niyyətindədirlər. Kreml nümayəndəsinin sözlərinə görə, Putin və Paşinyanın Bişkekdəki görüşündə bu sahədə konkret məsələlər müəyyən edilmişdi.
Peskov qeyd edib ki, Rusiya və Ermənistanın müvafiq qurumları onların gələcək işlənməsi ilə məşğul olacaqlar.
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri artıq yaxın vaxtlarda baş tuta bilər, lakin dəqiq tarixlər hələ müəyyən ediliş deyil.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
