Putin Rüstəm Muradova general-polkovnik rütbəsi VERDİbackend

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi VERDİ

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verib.

KONKRET.az xəbər verir ki, bu barədə müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.

Rusiya Prezidenti Vladimir Putin Qərb və Şərq hərbi dairələrinin komandirləri Yevgeni Nikiforova və Rüstəm Muradova general-polkovnik rütbəsi verilməsi haqqında fərman imzalayıb.

Muradov 2022-ci ilin oktyabr ayından Hava Hücumundan Müdafiə Qoşunlarına komandanlıq edir.

Xatırladaq ki, Rüstəm Muradov 2020-2021-ci illərdə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandiri olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*