Putinlə bağlı ŞOK İDDİAbackend

Putinlə bağlı ŞOK İDDİA

Bütün demokratik ölkələr koronavirusla eyni dərəcədə yaxşı mübarizə apara bilmədilər.

KONKRET.az xəbər verir ki, bunu Frimen Spoqli adına Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru, Stanford Universitetinin əməkdaşı və “Vaşinqton Post” qəzetinin şərhçisi Maykı Makfol bildirib.

Onun Rusiya Prezidenti Vladimir Putinə həsr etdiyi və “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində deyilir: “Cənubi Koreya, Tayvan, Yeni Zelandiya və Almaniya kimi ölkələr İtaliya, Fransa, Böyük Britaniya, Braziliya və ABŞ-dan daha yaxşı nəticələr əldə etdilər. Lakin demokratik ölkələrdə vətəndaşların fikirlərini ifadə etməsi və dövlətin səmərəliliyini qiymətləndirməsi üçün daxili bir mexanizm var. Noyabr ayında ABŞ seçiciləri səsvermə zamanı Trampın nəticələrini qiymətləndirə biləcəklər. Bir şərtlə ki, sağlam, azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraiti yarada bilək”.

Daha sonra müəllif qeyd edir ki, avtokratik ölkələrdə isə vəziyyət fəqrlidir:

“COVID-19 Rusiyanın güclü dövlət, Putinin isə güclü lider olduğu haqda mifi alt-üst etdi. Vətəndaşların epidemiyaya qarşı mübarizə ilə bağlı narazılığını dinc və ləyaqətli şəkildə ifadə edə biləcəyi azad və ədalətli seçkilərin olmadığı cəmiyyətdə yalnız iki yol var: rejimin dəyişdirilməsi və ya repressiyaların sərtləşdirilməsi. Xəstəxanaları, yolları və məktəbləri göz ardı edən Putin dövlətin potensialını yalnız bir istiqamətə yönəltdi: məcburiyyət vasitəsilə nəzarət. Ona görə də təəssüf ki, ikinci variant daha inandırıcıdır”.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*