Qabriel Balayan: Hərbçilər arasında intihar hadisələrinin qarşısını almaq üçün işlər aparılırbackend

Qabriel Balayan: Hərbçilər arasında intihar hadisələrinin qarşısını almaq üçün işlər aparılır

“Silahlı döyüş növbətçiliyi şəraitində intihar və ya intihar həddinə çatdırma hadisələrini tamamilə istisna etməyin mümkün olmadığını anlamaq vacibdir, lakin bu problemin qarşısını almaq və orduda bu kimi faciələrin minimuma endirilməsi üçün işlər görülür”, – deyə Ermənistanın Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib.

Onun sözlərinə görə, “Müdafiə Nazirliyi bu hadisələrə son dərəcə mənfi yanaşır və bu səbəbdən məsul şəxslər həmişə məsuliyyət daşıyırlar”. Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, bu ilin oktyabr ayına qədər olan məlumata görə, intihar hadisəsi əvvəlki ilə nisbətən az qeydə alınıb: “Silahlı Qüvvələrin rəhbərliyi bu cür faciələri minimuma endirməyə çalışır”.

KONKRET.az xatırladır ki, cari ilin məlumatlarına görə, Ermənistanda intihar və ya intihar həddinə çatdırma faktları ilə bağlı 9 cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*