“Tarqovı”da alt paltarında gəzən qadın saxlanıldı – VİDEO/YENİLƏNİBbackend

"Tarqovı"da alt paltarında gəzən qadın saxlanıldı - VİDEO / YENİLƏNİB

Bakıda alt paltarında gəzən qadın saxlanılıb.

Bu barədə KONKRET.aza DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Qız əməlindən peşman olduğunu bildirib.

17:31

Bakıda qadın ictimai yerdə alt paltarda gəzib.

KONKRET.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə qadın alt paltarında paytaxtın Fəvvarələr Meydanında gəzir.

Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Faktla bağlı oxu.az-ın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib:

“Səbail Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*