Rusiyanın Novorossiysk limanı yaxınlığında Türkiyə bayrağı altında üzən quru yük gəmisinin dron hücumuna məruz qaldığı bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə Novorossiysk limanının sahillərində baş verib. Hücumun nəticələri, gəminin aldığı mümkün zərər və ekipaj üzvlərinin vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif regionları üzərində 203 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Eyni zamanda, bu gün Ukrayna Silahlı Qüvvələrinin hücumlarına Rusiyanın Belqorod vilayətindəki Valuyki və Şebekino şəhərləri, Oktyabrski qəsəbəsi və Domnino yaşayış məntəqəsi, həmçinin Donetsk vilayətinin Rusiya nəzarətində olan Qorlovka şəhəri məruz qalıb.
Hücumlar nəticəsində xəsarət alanların olduğu bildirilir.\\musavat.com
