Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
KONKRET.az xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Xatırladaq ki, bu gün Azərbaycan idmançıları oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.
