İranda qadın düzgün geyinmədiyi hicabını ataraq iclas zalını tərk edib.
KONKRET.az xəbər verir ki, Tehran Əyalətinin Mühəndislik Sistemi Təşkilatı Məclisinin Rəyasət Heyətinə namizədlərlə görüş keçirilib.
Görüşdə namizədlərdən birinə geyiminə görə irad tutulub.
Təşkilatın rəhbərliyi xanım namizədə hicabı düzgün geyməməsinə görə narazılıq ifadə edib.
Xanım iradı qəbul etməyib və hicabını ataraq zalı tərk edib.
Qadının bu hərəkəti alqışlarla qarşılanıb.
Həmin kadrları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
