Qafar Əliyev: “Bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var”backend

Qafar Əliyev: "Bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var"

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyev koronavirusun hər birimiz üçün böyük təhlükə olduğu bu ağır günlərdə xalqımızı bir-birinə dəstək olmağa, mənəvi həmrəyliyə çağırıb.

KONKRET.az həmin müraciəti təqdim edir:

“Koronavirusun dünyada tüğyan etdiyi bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var: qohumlarımıza, dostlarımıza, doğmalarımıza, qonşularımıza, yaxınlarımıza və bizdən uzaqda olan, amma əlimiz çatacaq hər kəsə qarşı ürəyimizdən kin-küdurəti atıb hamıya əl uzatmaq.

Əgər imkanın varsa, daha çox imkansıza, yetimə, kasıba əl uzat. Hansısa ehtiyac içərisində olan insan öz qürurunu sındırmadığına görə evində sakitcə oturub, ağır durumda olduğunu kimsəyə büruzə vermək istəmirsə, sən ona tərəf get, ona əl uzat, onun probleminin həllinə kömək elə, ona arxa dur!

Unutma ki, heç yerdə işləməyən, evdə çörəyi olmayan insanlar var. Gəlin onları axtarıb tapaq, onlara dayaq duraq ki, bu fəlakətdən hamılıqla xilas ola bilək. Allah bu bəlanı Yer üzünə göndərməklə bizi sınağa çəkir. Əgər belə etsək, Allah günahlarımızı bağışlayar. Allah günahlarımızı bağışlayandır. Amin! İnşallah!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*