“Qarabağ” “Sürix”ə QALİB GƏLDİ – YENİLƏNİBbackend

“Qarabağ” “Sürix”ə QALİB GƏLDİ - YENİLƏNİB

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.

I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

21:47

“Qarabağ” və İsveçrənin “Sürix” komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, “Sürix” 85-ci dəqiqədə Kryeziunun penaltidən vurduğu qolla fərqi minimuma endirdi: 3-2.

21:24

“Qarabağ” və İsveçrənin “Sürix” komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, qoldan bir dəqiqə sonra “Qarabağ” hesabı 3:1-ə çatdırıb. Vadji dubl edir.

21:17

“Qarabağ” və İsveçrənin “Sürix” komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində qonaqlar hesab arasındakı fərqi azaldır – 2:1. Yanik Brexer fərqlənir.

20:45

“Qarabağ” və İsveçrənin “Sürix” komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, komandamız 36-cı dəqiqədə ikinci dəfə rəqibi mərkəzə dəvət edib.

20:25

Bakıda “Qarabağ” və İsveçrənin “Sürix” komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

KONKRET.az xəbər verir ki, “köhlən atlar” 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.

“Qarabağ”ın qolunu Kadi Borges vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*