“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDIbackend

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları AÇIQLANDI

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün təyinatları açıqlanıb.

KONKRET.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar. Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.

Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaq, Eyyub İbrahimov ona yardım edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*