“Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm”backend

“Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm”

“Qarabağ münaqişəsinin yenidən böyük müharibəyə çevriləcəyini düşünmürəm. Rusiya və İran buna imkan verməz”.

KONKRET.az bildirir ki, bunu Rusiyanın “PolitEkspert” qəzetinə Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Hakkı Pekin müsahibəsində deyib.

İsmayıl Hakkı Pekin bəzi qarşıdurmaların olacağını, lakin genişmiqyaslı təxribatların gözlənilmədiyini ehtimal edib: sülhməramlılar atəşkəsə əməl olunmasını izləyəcək.

“Oradakı müşahidəçilər – Rusiya sülhməramlılarıdır. Rusiya və Türkiyənin onsuz da Suriyadan birgə işləmək təcrübəsi çoxdur. Düşünürəm ki, bu məsələni heç bir münaqişə olmadan həll etməlidirlər”, – deyə o, hesab edir.

“Cənubi Qafqazda uzun müddətdir ki, Rusiyaya yönələn bir təhdid var idi. Qərb Ermənistanı, Azərbaycanı və Gürcüstanı NATO-ya daxil etməyə çalışır. Rusiya təbii ki, buna qarşıdır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə doğru irəliləyir, ABŞ və Fransa erməni diasporundan istifadə etmək istəyir”, İ. Hakkı əlavə edib.virtualaz.org

  • Taleh
    Yanvar 5, 2021 - 00:03

    Bomba kimi söhbətlər edilər vətən bizimdi biz özümüz bilərik siz gedin o tərəfdə oynayın Qardawlarim Qanları canları bahasına 30 illik həsrətə son qoyublar Allah bütün wehid qardaş bacilarimiza rəhmət eləsin bundan sonra Dünya gəlsin 10 milyon esgerimiz var bizim kureyimiz yerə gəlməz inşallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*