“Qarabağ” – “Sivasspor” matçının hakimləri bəlli oldubackend

"Qarabağ" - "Sivasspor" matçının hakimləri bəlli oldu

Türkiyədə “Sivasspor” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının IV tur matçı üçün hakim təyinatları açıqlanıb.

KONKRET.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Referi Jakob Kehletə yan xətt hakimləri Heine Sorensen və Lars Hummelgaard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jens Maa yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*