Qarabağ “sülhməramlı”sı Ukraynada ƏSİR DÜŞDÜ – VİDEObackend

Qarabağ "sülhməramlı"sı Ukraynada ƏSİR DÜŞDÜ - VİDEO

Qarabağdan Ukraynaya döyüşməyə gedən “sülhməramlı” əsir düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə KİV-lərdə yayılan videoda əsir düşən hərbçi məlumat verib. Məlumata görə, Ukrayna hərbçiləri əsir düşməmək üçün mülki geyimə keçən yaralı rus əsgərinə tibbi yardım göstərib və onun harada xidmət etdiyini soruşublar.

Dindirmə zamanı məlum olub ki, rus hərbçi Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı kontingentin tərkibində xidmət edib.

Qeyd edək ki, sülhməramlıların bir hissəsi Qarabağdan Ukraynaya göndərilib.

Onu da xatırladaq ki, kontingentin rotasiyası hər altı aydan bir baş verir. Hərbçinin hazırda, yaxud daha  əvvəl xidmət etdiyi məlum deyil.

Həmin videonu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*