“Qarabağ xalça xəritəsi” hazırlandı – FOTObackend

“Qarabağ xalça xəritəsi” hazırlandı - FOTO

Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi” hazırlayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı muzeyin direktoru Şirin Məlikova Feysbuk hesabında yazıb.

O bildirib ki, Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var:

“Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdiriblər.

Şanlı ordumuz torpaqlarımızı azad edərək, Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar”.

Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*