Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı vaxt məlum olub.
KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Mərkəz yanvarın 30-da Ağdamda işə başlayacaq.
Məlumata görə, bölgədə pilotsuz uçuş aparatları ilə də monitorinq aparılacaq.
Xatırladaq ki, Mərkəzdə 60 türk, 60 rus hərbçi xidmət göstərəcək.
