Qarabağda silah-sursatın müsadirəsi prosesi davam edir – VİDEObackend

Qarabağda silah-sursatın müsadirəsi prosesi davam edir - VİDEO

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*