Qarabağın müstəqilliyini qorumaq üçün bütün mümkün olan və olmayan hər şeyi etməliyik – Koçaryanbackend

Qarabağın müstəqilliyini qorumaq üçün bütün mümkün olan və olmayan hər şeyi etməliyik - Koçaryan

“Biz Qarabağın müstəqilliyini qorumaq üçün bütün mümkün olan və olmayan hər şeyi etməliyik”.

KONKRET.az xəbər verir ki, bu sarsaq “bəyanat”ın müəllifi Ermənistanın ikinci prezidenti Robert Koçaryandır. O, qondarma “arsax”ın saxta bayramı münasibətilə  “təbrik” yazıb.

“Hörmətli Qarabağ xalqı sizi “müstəqillik günü” münasibətilə təbrik edirəm.

Qarabağ erməniləri dəfələrlə sübut ediblər ki, hətta ümidsiz görünən situasiyalarda belə, onlar öz qüvvələrini toplaya, toparlana və tarixi qələbələr qazana bilirlər.

Bu gün, 31 il əvvəl olduğu kimi, Qarabağın “müstəqilliyi”ni qorumaq üçün mümkün olan və mümkün olmayan hər şeyi etmək lazımdır”, – deyə Koçaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*