Qardaş ölkədə uşaqlara COVID-19-a qarşı peyvənd VURULURbackend

Qardaş ölkədə uşaqlara COVID-19-a qarşı peyvənd VURULUR

Türkmənistanda uşaqların COVID-19-a qarşı peyvənd edilməsinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Turkmen.news” portalı məlumat yayıb.

Qeyd olunub ki, uşaqlar altıncı sinifdən, yəni 12 yaşından peyvənd olunmağa başlanıb.

Bəzi məktəblərdə şagirdlərə bildirilib ki, peyvənd könüllüdür.

Qeyd edək ki, Rusiyada 2021-ci ilin noyabrında 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuş “Sputnik M” peyvəndi buraxılıb. 2022-ci ilin əvvəlindən bu peyvəndin 6 yaşından yuxarı uşaqlarda istifadəsi ilə bağlı araşdırmalar aparılır.

Türkmənistan hökuməti koronavirusun ölkə ərazisində yayılması faktını tanımır.

Onların sözlərinə görə, Türkmənistan dünyada pandemiyadan təsirlənməyən yeganə ölkə olaraq qalıb.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsinin iclasında Türkmənistan 22 milyon doza vaksin alınması barədə məlumat verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*