Qardaş Türkiyə Cümhuriyyəti 98 YAŞINDAbackend

Qardaş Türkiyə Cümhuriyyəti 98 YAŞINDA

Türkiyə Cümhuriyyətin qurulmasının 98-ci ilini qeyd edir.

KONKRET.az xəbər verir ki, 1923-cü il oktyabrın 29-da Türkiyədə Cümhuriyyətin elan edilməsi ilə dövlət tarixində yeni bir dövr başlayıb.

Cümhuriyyətin elanından sonra gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini toplayan Qazi Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türkiyə dövlətinin ilk prezidenti seçilib. O, Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.

1925-ci ildən etibarən hər ilin 29 oktyabr tarixində Türkiyədə Cümhuriyyət bayramı qeyd edilir.

Azərbaycan Prezidenti İlham Əliyev və bir sıra dövlət rəsmiləri Türkiyəni Cümhuriyyət bayramı münasibətilə təbrik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*