Qaşıqçının oğlu təzminat və villa alıb atasının qatilini bağışladı – FOTObackend

Qaşıqçının oğlu təzminat və villa alıb atasının qatilini bağışladı - FOTO

2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasına qətlə yetirilən jurnalist Camal Qaşıqçının ailəsi onu öldürənləri bağışlayıb.

KONKRET.az xəbər verir ki, qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşən, təzminat, maaş və villa alan Camal Qaşıqçının oğlu Salah Qaşıqçı açıqlayıb. Belə ki, Salah Qaşıqçı, sosial şəbəkə səhifəsində Səudiyyə Ərəbistanında yaşayan ailəsi adından bir yazı paylaşıb.

Ataları Camal Qaşıqçının qatillərini bağışladığını bildirən Salah bu qərarı Allahın razılığını qazanmaq üçün aldıqlarını bildirib:

“Bir pisliyin qarşılığı ona bərabər davranışdır. Amma günahkar günahını başa düşər və qarşı tərəf də buna görə onu bağışlayarsa, Allah mükafat verir. Heç şübhəsiz ki, Allah haqsızlıq edənləri sevməz. Quranın surəsində bir ayədə bu məsələ yer alıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*