Vətəndaşları aldatmaq olmaz – Biletlər çox bahadırbackend

Vətəndaşları aldatmaq olmaz - Biletlər çox bahadır 

“Bakı-Tiflis qatar biletinin qiymətinin 80-100 manat civarında ola biləcəyi ilə bağlı müzakirələr fonunda, quru yolları ilə səfər xərclərinin iqtisadi səmərəliliyi gündəmə gəlib. Pandemiyadan əvvəlki dövrlə müqayisədə hazırkı qiymətlərin kəskin artması və səyahət çətinlikləri alternativ nəqliyyat vasitələri ilə xərclərin bərabərləşməsinə səbəb olub. Bu durum, xüsusilə regional marşrutlar üzrə hərəkət edən sərnişinlərin büdcəsinə ciddi təsir göstərir”. 

Azərbaycan dili yalnız elmi sahəni öyrədən fənn deyil ...

KONKRET.az xəbər verir ki, bunu Təhsil İnstitutunun sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın bildirib. Onun sözlərinə görə, Bakı-Tiflis-Trabzon-Malatya marşrutu üzrə birtərəfli gedişin ümumi qiyməti, təqribən, 230 manat təşkil edir: “Bu xətlə Malatyaya gedib-dönmək xərcini hesablayıram. Bakı-Tiflis 100 manat, Tiflis-Trabzon 65 manat, Trabzon-Malatya isə 63 manatdır. Bunun iki misli 460 manat edir. Yolda sərf olunacaq taksi pulunu da nəzərə alsaq, ümumilikdə 500 manat ayırmalıyıq. Bu isə demək olar ki, təyyarə ilə birtərəfli gedişin qiymətinə bərabərdir. Yenə də bahadır, üstəgəl, yol çətinliyi də var”.

O, qeyd edib ki, pandemiyadan öncəki dövrlə müqayisədə qiymətlərdə çox böyük fərq yaranıb və sanki o dövr artıq tarixin uzaq bir mərhələsinə çevrilib: “Keçən günə gün çatmaz. Pandemiyadan öncə bu marşrut su qiymətinə idi. Pandemiyadan öncə miladdan öncə kimi tarixin bir mərhələsidir. İndiki vəziyyət mənə Orhan Velinin məşhur şeirini xatırladır: Bedava yaşıyoruz, bedava; Hava bedava, bulut bedava; Dere tepe bedava; Yağmur çamur bedava; Otomobillerin dışı, Sinemaların kapısı, Camekanlar bedava”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*