Qax meşəsində bir nəfər itkin düşdübackend

Qax meşəsində bir nəfər itkin düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*