Qaxa güclü qar yağdı, bu kəndlə əlaqə kəsildi – VİDEObackend

Qaxa güclü qar yağdı, bu kəndlə əlaqə kəsildi - VİDEO

Ötən gündən bəri bölgələrə yağan güclü qar Qax rayonunun Sarıbaş kəndində fəsadlar yaradıb. Nəticədə kəndlə rayon mərkəzi arasında əlaqə kəsilib.

KONKRET.az xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin Sarıbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahid Hafizovun “Qafqazinfo”ya bildirdiyinə görə, hazırda kəndə yağan qarın hündürlüyü 45 sm-ə çatır.

Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətdə iş aparılır: “Qar çox yağdığına görə yolun açılması üçün texnika cəlb edə bilmirik. Aidiyyəti qurumlara məlumat verilib və problemin aradan qaldırılması ilə bağlı iş gedir. Yəqin ki, sabah yol açılacaq”.

Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndlərindəndir. Kənddə hazırda 10 ailə yaşayır.

Qeyd edək ki, Sarıbaş kəndinə yağan güclü qarla bağlı sosial şəbəkələrdə də görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:

Mübariz Muradov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*