Qax rayonunda yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Aydın Məmmədov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.