Qaxda maşın təmiri sexlərində yanğın oldubackend

Qaxda maşın təmiri sexlərində yanğın oldu

Qaxda avtomobil təmiri sexlərində yanğın olub.

KONKRET.az-ın məlumatına görə, yanğın şəhərin Natəvan küçəsində yerləşən Mirzəyev Fizuli Fərrux oğluna məxsus avtomobil təmiri sexlərində baş verib.

Yanğın yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 250k/m, 6 sexdən ibarət olan avtomobil təmiri sexlərinin biri tamamilə, biri isə qismən yanıb.

Sexdə olan avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*