Qaxda qadın sürücü piyadanı səkidə vurdubackend

Qaxda qadın sürücü piyadanı səkidə vurdu

Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*